ABŞ prezidentinin oğlu Hanter Bayden və biznes tərəfdaşları Ukraynanın “Burisma” enerji şirkətinin qurucusu Nikolay Zloçevskiyə Amerika vizası verilməsində kömək etməyə çalışıblar.

Bu barədə “Daily Caller” məlumat yayıb. Nəşrin məlumatına görə, bu, kiçik Bayden “Burisma”nın idarə heyətinin üzvü olduqdan az sonra baş verib.

Hunter Bayden-in noutbukundakı e-poçtlar, Ukrayna hakimiyyətinin ona qarşı korrupsiya araşdırması başlatdığı bir vaxtda Zloçevski üçün viza almaq üçün "koordinasiya edilmiş səyləri" göstərdi. ABŞ Nümayəndələr Palatasının üzvü Marjorie Taylor-Green nəşrə FTB-nin açıqlanmış sənədinə istinadən bildirib ki, Zloçevski kəşfiyyat xidmətinin xəbərçilərindən biri ilə "Baydenlərə on milyon dollar rüşvət verməyi" müzakirə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN