Braziliya BMT Təhlükəsizlik Şurasının mandatı olmadan sanksiyaların tətbiqinə qarşıdır, həmçinin Ukraynadakı münaqişənin hər iki tərəfinə silah tədarükünün qəbuledilməzliyi ilə bağlı mövqeyini saxlayır.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, tədarüklərin dayandırılması zərurətini Braziliyanın xarici işlər naziri Maura Vieyra bəyan edib.

“Biz ənənəvi olaraq birtərəfli sanksiyalara qarşıyıq və yalnız BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi sanksiyaları tanıyırıq. Bu, Braziliyanın xarici siyasətinin tarixi mövqeyidir... Braziliya münaqişə tərəflərinə silah göndərməmək mövqeyindədir”, - deyə nazir qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN