Moskva vilayətinin Taldomski rayonunun Belskoye kəndində ana və 14 yaşlı qızı göldə boğulublar.
Tezadlar.az bildirir ki, bu barədə REN TV-nin mənbəsi məlumat verib.
Ana və qızı “Yaqodnoe” SNT-nin yanğın gölünün yaxınlığında gəzirmişlər. Yeniyetmə gölün kənarına çıxıb, sürüşərək suya düşüb. Qadın qızını xilas etməyə tələsərək onun arxasınca atılıb.
"Qızını xilas etmək mümkün olmayıb. Anam da boğularaq ölüb", - mənbə bildirib.
Hazırda morqda məhkəmə-tibbi ekspertizası keçirilir.
E.ŞİRİNOV