Füzuli rayonu istiqamətində nəzarət buraxılış postundan müvafiq icazə olmadan keçməyə cəhd edən şəxs saxlanılıb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, iyulun 31-də Füzuli rayonu ərazisindəki nəzarət postundan keçmək istəyən bir nəfərin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin özünə aid olmaması şübhə doğurduğundan araşdırmalar aparılıb. Nəticədə həmin şəxsin Masallı rayonunun Xırmandalı kənd sakini Vüsal Fərzəliyev olduğu müəyyənləşdirilib.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində toplanmış materiallar əsasında məsələyə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Vüsal Fərzəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 8 sutka müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN