Avropa İttifaqı Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən yayındığı üçün Belarusa qarşı sanksiyaları genişləndirib.
Tezadlar.az xəbər verir ki, bu barədə cümə axşamı Brüsseldə yayılan Avropa Komissiyasının (AK) bəyanatında deyilir.
Yeni tədbirlər Aİ-nin Rusiya və Belarusa qarşı sanksiyalarının daha sıx uyğunlaşdırılmasını təmin edəcək və Rusiya sanksiyalarının Belarus vasitəsilə yan keçməməsinə kömək edəcək.
Avropa İttifaqı Belarusa ölkənin hərbi inkişafına töhfə verən mal və texnologiyaların, həmçinin odlu silah və sursatların ixracına qadağa qoyub.
"Bu tədbirlər Belarusun hərbi-texniki təkmilləşdirilməsinə töhfə verən bir sıra xüsusilə həssas mal və texnologiyaların Belarusa ixracına qoyulan qadağanı genişləndirir. Şura həmçinin odlu silah və döyüş sursatı, habelə aviasiya və kosmik sənayedə istifadəyə yararlı mal və texnologiyaların ixracına əlavə qadağa qoyur", - deyib.
E.ŞİRİNOV