Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Masallı rayonunun Yeyənkənd kəndi ərazisində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyənləşdirilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində təxminən 500 kvadratmetr sahədə kol-kos və xəzəl yanıb, meşə massivi alovdan mühafizə olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN