Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Tezadlar.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Ələkbərov Əbülfət İbrahim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Ukrayna Baş Prokurorunun Ofisi təmin edib. Əbülfət Ələkbərovun təkrar törədilməklə qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, o, Astara Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Avqustun 11-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Ukraynadan ölkəmizə gətirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN