Ukrayna Silahlı Qüvvələri bütün NATO üzvlərinin birbaşa müdaxiləsi halında belə Krımı ələ keçirə bilməyəcək.

Bu barədə "Judging Freedom" YouTube kanalında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Larri Conson məlumat verib.

“Bütün NATO ölkələri indi müdaxilə etsələr belə, onu ələ keçirməzdilər”, - o deyib.

Conson vurğulayıb ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın hətta müasir Qərb silahları ilə belə Krıma zərbə endirməsinə imkan verməyəcək.

Ekspert bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı ələ keçirməyə cəhd edəcəyi təqdirdə öləcəyini bildirib. Onun sözlərinə görə, Kiyevin kosmik proqramı həyata keçirmək və Veneraya enmək şansı yarımadanı ələ keçirməkdən daha çətindir.

Xatırladaq ki, iyulun ortalarında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Krımı ələ keçirmək istədiyini bəyan etmişdi, həmçinin bunun üçün niyə “kimdənsə icazə istəməli” olması ilə maraqlanmışdı. Bir qədər sonra Krım körpüsündə terror aktı baş verəndən sonra Ukrayna prezidenti Vladimir Zelenski bu mülki infrastruktur obyektinin Ukrayna Silahlı Qüvvələrinin hədəfi olduğunu təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN