Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Rusiyada görüşəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Bu, tezliklə Rusiyada baş tutacaq. Sözün əsl mənasında, bu günlərin birində biz rəsmi açıqlama verəcəyik", - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Avqustun 28-də Peskov Rusiya və Türkiyə prezidentləri arasında görüşün tezliklə baş tutacağını, lakin yerinin daha sonra açıqlanacağını bildirib.
Türkiyənin “Habertürk” telekanalının məlumatına görə, Rusiya və Türkiyə liderləri arasında danışıqlar sentyabrın 4-də Soçidə baş tuta bilər. Ərdoğan Rusiya lideri ilə taxıl müqaviləsinin taleyini müzakirə etmək üçün bir günlük Rusiyaya gələcək.
E.ŞİRİNOV