Mən ali təhsilli, ictimai faydalı əməklə məşğul olan insanam, taksi xidmətindən mütəmadi istifadə edirəm. Amma beləsinə heç rast gəlməmişdim.
Avqustun 29-da saat 14 radələrində smartfonumdakı “Uber” mobil tətbiqi vasitəsilə Sakit Qocayev 7 ünvanından Mətbuat prospekti 13-ə taksi sifariş verdim. Gedişin qiyməti 5 manat 50 qəpik, taksi boz Toyoto Prius, nömrə nişanı 77 BU 183, sürücü İsmayılov Elməddin. Sürücü yol boyu maşını qeyri normal, sürətlə idarə edir, avtomobilləri soldan-sağdan ötür, ona yolda mane olan sürücülər barədə öz-özünə danışaraq kobud ifadələr işlədirdi. Maşının salonu da səliqəsiz, zibilli, tozlu idi.
Mənzil başına çatanda ödəniş etmək istədim, tələsdiyimdən nəqd pulumun və bank kartlarımın başqa çantamda unutduğum məlum oldu. Lakin, smartfondakı bank tətbiqindən dügər karta məbləğ atmaq mümkün olduğu üçün sürücüdən xahiş etdim ki, kartının nömrəsini desin, pulu ora köçürüm.
Sürücü sərnişinin qadın olmasına baxmayaraq nəzakət deyil, kobud tərzdə, “kartım-zadım yoxdu” – dedi və deyinməyə, ünvünıma qeyri etik ifadələr işlətməyə başladı.
Qayıdın flan ünvana, zəng vuraram pulu gətirərlər, əlavə xərci də ödəyərəm – dedim. Sonra o, cibindən kartını çıxarıb nömrələrini slıraladı, kartına 5 manat 50 qəpik deyil, göstərdiyi “nəzakət”ə görə 8 manat ödəyib maşından düşdüm. Lakin həmin gün əhval-ruhiyyəm pozuldu, qanım qaraldı. Tətbiq vasitəsilə Uber rəhbərliyinə şikayətimi də çatdırdım, amma hələ onlardan cavab yoxdur.
Belə xidmət kimə gərəkdir?
Elnarə Aydınqızı