Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donetsk istiqamətində beş hücumunu dəf edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində qarşı tərəf 380-ə qədər ölü və yaralı əsgərini itirib.

Qeyd olunur ki, ukraynalı millətçilər Beloqorivka, Zaitsevo və Krasnoqorovka ərazilərində Rusiya mövqelərinə hücum etməyə cəhd ediblər.

"380 Ukrayna hərbçisi həlak olub və yaralanıb", - Müdafiə Nazirliyi vurğulayıb.

Bundan əlavə, dörd döyüş zirehli texnikası, yeddi maşın, iki D-20 haubitsa, bir Msta-B silahı və bir tank əleyhinə “Rapira” silahı məhv edilib. DXR-in Preçistovka bölgəsində Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 35-ci dəniz piyada briqadasının sursat və yanacaq anbarlarına hücum edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN