İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) uranın zənginləşdirilməsi obyektlərində yoxlama aparan bir neçə müfəttişinin akkreditasiyasını ləğv etmək qərarına gəlib.

Bu barədə BAEA rəhbəri Rafael Qrossi məlumat verib.

BAEA-nın yaydığı bəyanatda deyilir ki, bunlar agentliyin zənginləşdirmə texnologiyaları sahəsində unikal biliyə malik ən təcrübəli ekspertləridir.

“Onlar İranda agentliyin zəmanəti altında olan zənginləşdirmə obyektlərində (uranın – RED.) mühüm yoxlama işləri aparıblar”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu BAEA-nı Fordo nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaqla İran hakimiyyətinə təslim olmaqda ittiham edib.

İsrailin baş naziri hesab edir ki, BAEA siyasiləşərsə, onun nəzarət fəaliyyəti, o cümlədən İrandakı hesabatları da əhəmiyyətini itirəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN