"Polisə Dəstək" İctimai Birliyinin sədri, ehtiyatda olan Polis polkovniki Şəmsəddin Əliyevin  «Təzadlar»a göndərdiyi Bəyanatında deyilir:

«10 noyabr 2020-ci ildə Ermənistanın biabırçı təslimçiliyi ilə bağlı imzaladığı Aktdan sonra Ermənistanın siyasi-hərbi xuntası və onlara havadarlıq edən bəzi Avropa ölkələrinin tapşırığı və istəyi ilə fəaliyyətdə olan terrorçu ermənilər Rusiya Sülhməramlıların gözü qarşısında hər gün mövqelərimizi atəşə tutur, azad olunmuş ərazilərimizdə basdırdıqları minaların xəritələrini verməkdən imtina etməklə, Qarabağda bərpa və quruculuq işlərinin getdiyi yeni əraziləri minalamaqla məşğul olur. Bununla da Ermənistan boyun əydiyi və imzaladığı 10 noyabr Bəyanatının tələblərini kobud şəkildə və müstəsna həyasızlıqla pozmaqda davam edir.

  Azərbaycan ərazisində yerləşdirilən qeyri-qanuni erməni hərbi birləşmələrin- erməni separatçı qüvvələrin hərbçilərimizə qarşı qəfil hücumları nəticəsində yaralananlar və ölənlər çoxsaylıdır. Belə mənfur əməllər hələ də davam etməkdədir. Bütün bunlara baxmayaraq, bu gün sentyabrın 19-da Azərbaycan «Avtomobil Yolları Dövlət Agentliyi»  əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində ermənilərin qanunsuz silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi isə Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda həmin erməni terrorçuların təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olmuşlar. Baş vermiş xüsusilə ağır cinayətin törədilməsi nəticəsində iki mülki şəxs və eləcə də bu cür terror nəticəsində sutka ərzində Daxili İşlər Nazirliyinin daha 7 əməkdaşı həlak olmuşdur. Bununla da Azərbaycanın suverenliyinə qarşı büynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinin məhz elə beynəlxalq aləmin gözü qarşısında pozulmasının şahidi oluruq.

 Azərbaycan xalqının fundamental dəyər və məqsədləri, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edəcək siyasi, iqtisadi, sosial və digər tələbatların həyata keçirilməsinə ciddi zərər yetirilir. Ermənistan dövlətinə havadarlıq edənlərin iştirakı və dəstəyi ilə dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünün qorunmasına, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlılığının təmin edilməsinə təhdidlər davam edir.    

 «Polisə Dəstək» İctimai Birliyi bəyan edir ki, dünyanın gözü qarşısında baş verənlər Ermənistan xunta rejiminin, onun havadarlarının içtirakı və dəstəyi ilə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə, qlobal və regional təhlükəsizliyə, habelə sabitliyə tövhə verən dəyərlərin qorunmasına açıq-aşkar bir təhdid ssenarisinin canlı təsdiqidir. Qeyd olunanlar Azərbaycan Respublikasının milli təhlükəsizliyinə açıq-aşkar qəsd və ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, habelə, Konstitusiya quruluşu əleyhinə yönələn Beynəlxalq səviyyədə xüsusilə ağır bir cinayətdir.

Azərbaycan dövləti həm daxili, həm də xarici siyasətində separatçılıqla, etnik siyasi və dini ekstremizmlə, terrorçuluqla barışmamış, Transmilli Mütəşəkkil Cinayətkarlığın xüsusilə təhlükəli növlərinə qarşı mübarizədə həmişə fəal rol oynamışdır.

 “Polisə Dəstək” İctimai Birliyi hesab edir ki, bu gün baş verən xüsusilə ağır cinayətin hazırlanmasında və icrasında təkcə Ermənistan tərəfi yox, ona havadarlıq edən bəzi Avropa ölkələri və Rusiya Federasiyasının  Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti də məsuliyyət daşıyır».

Təqdim etdi: JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN