Ermənistanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiyaya qarşı ittihamları əsassızdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın tanınmamış Dağlıq Qarabağ Respublikasında (?) üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı bəyanatlarına cavab olaraq bildirib.

Onun sözlərini “İnterfaks” yayıb.

Kremlin sözçüsü Ermənistanın ittihamlarının “əsassız” olduğunu və “heç nəyə əsaslanmadığını” bildirib. Peskov qeyd edib ki, Dağlıq Qarabağ məsələsində Rusiya Moskva, İrəvan və Bakı arasında 2021-2022-ci illərdə bağlanmış üçtərəfli sazişlərdən gəlir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN