İrəvanın mərkəzində etiraz aksiyaları zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Həmçinin daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın “impiçmenti”nə çağıran “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da saxlanılıb.

İlkin məlumata görə, tikinti maqnatı və Forbes siyahısında milyonçu Gennadi Stepanyanın kiçik oğlu Şaqor da saxlanılıb.

“Yerli universitetlərə tələbələri küçələrə çıxarmaq əmri verildi. Baş nazirin siyasəti ilə razılaşmayanlar insanlardan məhdudiyyətsiz kütləvi itaətsizlik etirazlarına çıxmalarını tələb etdilər”, - “Mash” qeyd edir.

Sentyabrın 21-də Nikol Paşinyan hökumətin İrəvan küçələrində etirazçılara qarşı sərt davranacağını bəyan edib. O, bəzi qüvvələrin İrəvanda qan tökmək istədiyini vurğulayıb. Onun fikrincə, bunlar respublikanın keçmiş rəhbərlərindən birinin oğlu və Dağlıq Qarabağın yüksək vəzifəli məmurları ilə əlaqəli olan “bəzi qruplardır”.

Paşinyan bir müddət əvvəl Qarabağ sakinlərinin Ermənistana köçməsi ehtimalını şərh edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN