Senator Cerri Pitersin (Demokratlar Partiyasının Miçiqandan olan nümayəndəsi) başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti baş nazir Nikol Paşinyan və digər siyasətçilərlə görüşmək üçün Ermənistana gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Peters Ermənistanda sentyabrın 25-dək qalacaq, o, Paşinyanla yanaşı, Respublika Milli Assambleyasının sədri Alen Simonyan, Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan və digər şəxslərlə də görüşəcək.
Tərəflər ABŞ və Ermənistan arasında münasibətləri, eləcə də Azərbaycanın antiterror tədbirinin Dağlıq Qarabağın erməni əhalisinə təsirini müzakirə etməyi planlaşdırır.
Digər məsələlərlə yanaşı, Peters Azərbaycan və İranla həmsərhəd olan Sünik bölgəsinə gedəcək, yerli rəsmilərlə söhbət edəcək, təhlükəsizlik və humanitar məsələləri müzakirə edəcək.
E.ŞİRİNOV