Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Zelenskinin BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında “yaxşı əhval-ruhiyyədə olmadığını” deyib.
"Onun əhval-ruhiyyəsi yaxşı deyildi, bir qədər tutqun idi. Daha sonra televizorda baxdım. Mənim öz işlərim var. Onun nə deyəcəyini hamımız bilirik, niyə vaxt itirmək lazımdır?", - XİN rəhbəri BMT Baş Assambleyasının 78-ci sessiyasında keçirdiyi mətbuat konfransında qeyd edib.
Bundan əvvəl Lavrov Zelenskinin “sülh düsturu”nu tamamilə həyata keçirilməz adlandırmışdı.
E.ŞİRİNOV