Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla Qarabağdakı vəziyyəti müzakirə edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Həmsöhbətlər Qarabağdakı humanitar vəziyyəti, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin müdafiəsi ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub", - deyə məlumatda bildirilir.
Paşinyan və Blinken Ermənistan-Amerika münasibətlərinin gündəmindəki məsələləri də müzakirə ediblər.
E.ŞİRİNOV