Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena onun 2024-cü ildə prezident seçkilərində iştirak edəcəyinə şübhə edir.

Bu barədə  “Business Insider” yazıb.

“Bu, cəmiyyətimizin ona prezident kimi ehtiyacı olub-olmamasından asılı olacaq”, - deyə Zelenskaya jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ukraynanın hazırkı prezidenti cəmiyyətin onu ölkə lideri kimi görmək istəmədiyini hiss etsə, böyük ehtimalla ikinci müddətə namizəd olmaqdan imtina edəcək. Zelenskaya əlavə edib ki, ərinin ilk prezident seçkilərində iştirak etmək qərarını tam dəstəkləmir.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməlidir. Hazırkı dövlət başçısının əvvəlcədən dediyi kimi, hərbi vəziyyət zamanı səsvermə qadağandır, lakin ölkə parlamenti qanunvericilikdə dəyişiklikləri dəstəkləsə, Qərb tərəfdaşları pul ayırsa və müşahidəçilər, o cümlədən cəbhə xəttində işləməyə cəsarət etsə, belə bir fürsət yarana bilər.

Bundan əvvəl keçmiş Amerika kəşfiyyatçısı Skott Ritter demişdi ki, Vladimir Zelenski ölkə hökuməti tərəfindən aldadılan və xəyanət edilən Silahlı Qüvvələr tərəfindən ediləcək hərbi çevrilişlə üzləşə bilər. Ekspertin sözlərinə görə, Ukrayna hərbçiləri Zelenskinin siyasətinin verdiyi böyük itkilərə görə dərin məyusluq hissi keçirirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN