ABŞ administrasiyasının Ukraynaya hərbi dəstəyi davam etdirmək variantları var.
Bloomberg bu barədə müdafiə nazirinin birinci müavini Ketlin Hiksə istinadən yazır.
Onun sözlərinə görə, ABŞ hökumətinin bağlanması təhlükəsi və Makkartinin istefası ölkənin Müstəqilliyə kömək etmək qabiliyyətini təhlükə altına qoyur. Buna baxmayaraq, Konqres Ağ Evin əvvəllər xahiş etdiyi yardımı təsdiqləməsə belə, Vaşinqton Kiyevi maliyyələşdirməyə davam edə biləcək.
Eyni zamanda, Hiks aydınlaşdırıb ki, nəzərdən keçirilməyən variant var. Söhbət başqa sahələrə ayrılan vəsaitlərin yenidən bölüşdürülməsinin mümkünlüyündən gedir.
"Biz (Konqresdəki vəziyyət haqqında - red.) daha aydın bir şəkil əldə edənə qədər, bu, bizə lazım deyil", - müdafiə katibinin müavini deyib.
Xatırladaq ki, oktyabrın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin istefası barədə məlumat yayılmışdı. Ekspertlər ABŞ hakimiyyətinin Kiyev rejiminə dəstəyi davam etdirməkdə çətinliklərlə üzləşəcəyini proqnozlaşdırırlar.
E.ŞİRİNOV