İsrailin şimal ərazilərindəki əhalini köçürəcək.
Təxliyə hazırlığı ilə bağlı göstərişi ölkənin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant verib.
Qeyd edək ki, İsrail Dövləti şimal tərəfdən Livanla həmsərhəddir.
Ölkənini şimalındakı əhalinin köçürülməsinin səbəbi isə bu gün səhər Livanın radikal Hizbullah partiyasının HƏMAS silahlılarının İsrailə qarşı başladığı hücuma qoşula biləcəyini bəyan etməsi olub.
Partiya nümayəndəsinin sözlərinə görə, bu, guya Təl-Əviv indiki kimi davranmağa davam edərsə bu baş verəcək.
Xatırladaq ki, ötən gündən başlayaraq Qəzzadakı Həmas silahlıları İsraili raket atəşinə tutub. Bu hücum nəticəsində İsraildə həyatını itirənlərin sayı 600-ə çatıb. İsrail ölkədə müharibə vəziyyəti elan edib.
JASMİN