Həftəsonu İsrail silahlı qüvvələri 400-dən çox fələstinli ekstremisti məhv edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.
Bundan əlavə, İsrail hərbçilərinin məlumatına görə, onlar Qəzza zolağında fələstinli qrupların onlarla döyüşçüsünü ələ keçirə biliblər.
Öz növbəsində Fələstinin Həmas qrupu öz sıralarında itkilər barədə məlumat vermir, lakin İsrailin Qəzzaya endirdiyi zərbələr zamanı 313 fələstinlinin həlak olduğunu, daha 1990 nəfərin yaralandığını iddia edir.
Xatırladaq ki, HƏMAS qruplaşması şənbə günü Qəzza zolağından İsrailin cənub və mərkəzinə minlərlə raket zərbələri endirib. Onlarla fələstinli yaraqlı Qəzza zolağından yük maşınları və paraplanlarla İsrail ərazisinə daxil olub. Öz növbəsində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın irimiqyaslı hücumları ilə əlaqədar “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib və İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağında nəqliyyat hədəflərinə hücum ediblər.
Onu da qeyd edək ki, İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.
JASMİN