İran tərəfi HƏMAS terror qrupunun İsrailə etdiyi hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib.

Qeyd ediblər ki, İran İslam Respublikası İsrailə hücumda iştirak etmir və Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi Amwaj.media portalına məlumat verib.

 "Fələstin müqaviməti tərəfindən qəbul edilən qərarlar müstəqildir və hər zaman Fələstin xalqının qanuni maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin onun cavab hərəkətlərində iştirak etmirik, çünki onlar yalnız Fələstinin özü tərəfindən qəbul edilir", deyə daimi nümayəndəlikdən bildiriblər.

İddia edilir ki, Tehranın bu işdə iştirakına dair xəbərləri İsrail hökumətinin “uğursuzluğa haqq qazandırmaq və bunu İranın kəşfiyyat gücü və əməliyyat planlaması ilə əlaqələndirmək” cəhdidir.

 Qeyd edək ki, bundan öncə Amerikanın “The Wall Street Journal” qəzeti İranın HƏMAS-a oktyabrın 7-də İsrailə hücumu planlaşdırmağa kömək etdiyini iddia edən məqalə dərc etmiş, həmçinin oktyabrın 2-də Beyrutda keçirilən toplantıda da onun həyata keçirilməsini təsdiqləmişdi.

 Nəşr qeyd etdiyi məlumatla bağlı  HƏMAS və Hizbullah hərəkatındakı yüksək rütbəli həmsöhbətlərə istinad edir; İranın bu işə qarışması barədə məlumatı adı açıqlanmayan avropalı rəsmi və Suriya hökumətinin hansısa müşaviri də təsdiqləyib.

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. İsraildə müharibə vəziyyəti elan olunub.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov da baş verənlərdən narahatlığını ifadə edib. O, bu barədə "X"da paylaşım edib.

 "Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir", - deyə qeyd edib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN