İjevskdə pansionatda üç pensiyaçı qadın xlor dumanından zəhərlənərək ölüb.
Tezadlar.az xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin Udmurtiya üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 8-də pansionatın 82 yaşlı qonağı binaların təmizlənməsi üçün nəzərdə tutulmuş xlor tabletlərini suda həll edib. Buna görə də kütləvi zəhərlənmə baş verib.
"Nəticədə, pansionatda yaşayan 4 qadın xlor buxarından zəhərlənib, onlardan 3-ü dünyasını dəyişib", - idarədən bildirilib.
Bir qadın sağ qalıb; həkimlər indi onun həyatı üçün mübarizə aparırlar.
Faktla bağlı “təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb. Onun istintaqı davam edir, artıq tibbi və kimyəvi məhkəmə-tibbi ekspertizaları təyin edilib, bütün şahidlər dindirilib.
E.ŞİRİNOV