İsrail Müdafiə Qüvvələri Qəzza zolağının bilavasitə yaxınlığında yerləşən bütün yaşayış məntəqələrinin sakinlərinin təxliyyəsini başa çatdırıb.
Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə ordunun mətbuat xidmətinin rəhbəri briqada generalı Daniel Həqari çıxış edib.
"Biz hasara bitişik bütün yaşayış məntəqələrinin (sakinlərin) təxliyyəsini başa çatdırdıq (İsraillə Qəzza zolağını ayıran hasar nəzərdə tutulur - RED). Biz tanklardan, təyyarələrdən və vertolyotlardan ibarət yeni hasar - dəmir - yaradırıq. İstənilən şəxs ona yaxınlaşan öləcək”, - deyə Həcəri ordu radiosu Qalei İDF-dən sitat gətirib.
Oktyabrın 8-də İsrail hərbçiləri Qəzza zolağı ilə sərhəddə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlandığını elan edib. İsrail Müdafiə Qüvvələri də əlavə təxliyənin mümkünlüyünü istisna etməyib, lakin bunun vəziyyətin operativ qiymətləndirilməsindən asılı olaraq həyata keçiriləcəyini vurğulayıb.
E.ŞİRİNOV