Yaponiyanın müxalifət partiyası Yaponiya Yenilənmə Cəmiyyəti oktyabrın əvvəlində Rusiyaya səfər etmiş deputat Muneo Suzukinin partiyadan istefa ərizəsini qəbul edib.
Tezadlar.az bildirir ki, bu barədə partiyanın baş katibi Fumitake Fujita xüsusi mətbuat konfransında məlumat verib.
"Biz bu gün cənab Suzuki ilə görüşdük. O, partiyaya yaranan narahatlığa görə üzr istədi və (partiyadan) ayrılmaq istədiyini söylədi", - o deyib.
Fujita vurğulayıb ki, partiya rəhbərliyi Suzukinin müvafiq bəyanatını qəbul edib.
E.ŞİRİNOV