İsrail Müdafiə Qüvvələrinə (SAHAL) aid təyyarələr Livandakı Hizbullah təşkilatının hədəflərinə hücum edib.

Bu barədə ordunun mətbuat xidmətinin Telegram-kanalında dərc olunan bəyanatında deyilir.

 “SAHAL təyyarələri Livandakı Hizbullah terror təşkilatının hədəflərinə hücum edib. Bundan əlavə, SAHAL artilleriyası atışmanın qeydə alındığı ərazini atəşə tutub”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Bu günə olan məlumata görə,  İsraildə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxın şəxs isə  yaralanıb.

HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı, həmçinin ölkəmizdən İsrailə köçmüş 3 nəfər yəhudiəsilli şəxs də həyatlarını itiriblər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN