Fələstinin HƏMAS hərəkatı İsraildə Qəzza zolağı yaxınlığında keçirilən əməliyyat zamanı radikalların dinc əhaliyə hücum etdiyi və uşaqları öldürdüyü iddia edilən xəbərləri təkzib edib.
Tezadlar.az xəbər verir ki, bu barədə radikal hərəkatın Telegram kanalında yerləşdirilmiş bəyanatda deyilir.
“Həmas hərəkatı bəzi Qərb mediası tərəfindən uydurulmuş saxta ittihamları, ən son olaraq uşaqların öldürülməsi, onların başlarının kəsilməsi və mülki şəxslərə hücumu ilə bağlı iddiaları qəti şəkildə rədd edir”, - bəyanatda deyilir.
HƏMAS hesab edir ki, bu cür ittihamlar “İsrailin Fələstin xalqına qarşı hərbi cinayətlərini və soyqırımını ört-basdır etmək məqsədi daşıyır”.
Həmas qeyd edir ki, o, müstəsna olaraq “İsrailin hərbi maşınına və İsrail hakimiyyəti tərəfindən qurulmuş təhlükəsizlik sisteminə qarşı hərəkət edir. Hərəkat Qərb mediasını “Qəzza zolağı ətrafında baş verən son hadisələri çatdırmaqda obyektiv və peşəkar olmağa və İsrail rejiminin ideologiyasını kor-koranə qəbul etməməyə” çağırıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, Kibbutz Kfar Azaya hücum edən yaraqlılar “ev-ev gəzərək, körpələri, anaları və ataları yataq otaqlarında öldürüblər”.
I24-ün müxbiri Nikol Tzedek oktyabrın 10-da Kfar-Aza-dan bildirib ki, İsrail əsgərləri bəzilərinin başları kəsilmiş qurbanların cəsədlərini çıxararkən ağlasığmaz dəhşətlərlə üzləşirlər. Eyni zamanda o, hərbçilərin “40 körpə və uşaq öldürüldüyü” ilə bağlı təxminlərini dilə gətirib. Bu məlumat o cümlədən Qərb mediası tərəfindən fəal şəkildə yayılıb.
HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, ora, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. Fələstinlilər arasında 1000-dən çox insane ölüb, 5 mindən çoxu yaralanıb, israillilər arasında - ən azı 1,2 min ölü, 3 mindən çox yaralı var.
E.ŞİRİNOV