Rusiya Silahlı Qüvvələri (SQ) xüsusi əməliyyat zamanı Dnepropetrovsk vilayətindəki Dolqintsevo aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsini vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verilib.
"Dnepropetrovsk vilayətindəki Dolqintsevo aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsi vurulub", - departamentdən bildirilib.
Onlar aydınlaşdırıblar ki, Nikolayev vilayətinin Malovarvarovka qəsəbəsi ərazisində ST-68U alçaq hündürlükdə hədəfi aşkarlayan və izləyən radar stansiyası məhv edilib.
Rusiya Silahlı Qüvvələrinin aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası gün ərzində 127 rayonda USQ-nin şəxsi heyətini və texnikasını vurub.
E.ŞİRİNOV