Fələstinin bütün girovları azad etməsi şərti ilə İsrail Qəzza zolağına elektrik, su və yanacaq tədarükünün blokadasını qaldıracaq.
Tezadlar.az bildirir ki, bu barədə İsrailin energetika naziri İsrael Kats Tvitter hesabında məlumat verib.
"Qəzzaya humanitar yardım? Qaçırılan israillilər evlərinə qayıdana qədər bir dənə də olsun elektrik açarı basılmayacaq, bir dənə də olsun su kranı açılmayacaq, bir dənə də yanacaq çəni gəlməyəcək. Humanitar yardım müqabilində humanitar. Və bizə heç kim əxlaq öyrətməsin", - nazir yazıb.
Xatırladaq ki, İsrailin Qəzza sektorunu blokadaya alması səbəbindən bölgədəki yeganə elektrik stansiyası fəaliyyətini dayandırıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 12-də Qəzza zolağında tibb müəssisələrinin ehtiyat generatorları üçün də yanacaq tükənəcək, bundan sonra xəstəxanalar tam fəaliyyət göstərə bilməyəcək. Həmçinin yerli əhali su təchizatından məhrum olub.
E.ŞİRİNOV