O, restoranlarda hesabı ödəməmək üçün bu hiyləni 20 dəfə edib.

Litvadan olan bir mühacir İspaniyadakı restoranlarda hesabı ödəməmək üçün 20 dəfədən çox saxta infarkt keçirib  və nəticədə həbsxanaya düşüb. “The Sun” nəşri bu hekayənin  təfərrüatlarını dərc edib.

Mənbənin sözlərinə görə, 50 yaşlı litvalı, əsasən Avropanın kurort bölgəsi Kosta -Blankadakı yeməkxanalarda pulsuz yemək xatirinə “infarkt” keçirib. Restoranlardan birinin sahibi jurnalistlərə bildirib ki, həmin şəxs olivye salatı və bir neçə stəkan viski sifariş edib, sonra isə özünü halsız göstərib.

 "Bu, çox teatral idi: o, huşunu itirmiş kimi davrandı və yerə yıxıldı", - deyib  başqa bir yeməkxananın meneceri.

"Onun yenidən şou göstərməsinə mane olmaq üçün bütün restoranlara onun şəklini göndərdik", - o, əlavə edib.

 Mühacir şəxs iki cərimə ödəməkdən imtina etdikdən sonra 42 sutka həbs cəzası alıb.

Lakin restoran sahibləri onun belə asan canını qurtarmağa imkan verməmək qərarına gəliblər.

Onlar fırıldaqçının 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyəcəkləri barədə birgə şikayət ərizəsi yazmağı da planlaşdırırlar.

Əslində litvalı tələb olunan cəzayı alacağı təqdirdə, düz 2 il həbsxanada hesab ödəmədən yemək yemə şansına sahib olacaq...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN