Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində Qəzza zolağında ölənlərin sayı 2329 nəfərə çatıb.
Bu barədə oktyabrın 15-də Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Qəzza zolağının 9 mindən çox sakini yaralanıb.
“2329 nəfər həlak olub, daha 9042 nəfər müxtəlif dərəcəli xəsarət alıb", - Qəzza Səhiyyə Nazirliyi Facebook-da məlumat yayıb.
Oktyabrın 13-də Qəzza Səhiyyə Nazirliyinin rəsmiləri eskalasiya nəticəsində 1845 nəfərin öldüyünü açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.
Oktyabrın 10-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib. İsrail təyyarələri Qəzza zolağında HƏMAS-ın bir neçə obyektinə, o cümlədən arsenal və komanda məntəqəsinə zərbələr endirib. Cebaliyadakı komanda əməliyyat məntəqəsi də hücuma məruz qalıb.
Oktyabrın 13-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı sakinlərə ölkənin cənubuna təxliyə üçün bir gün vaxt verib. BMT 1,1 milyon insanın miqrasiyasının humanitar fəlakətə səbəb olacağını vurğulayıb. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti sözçüsü Josep Borrell 24 saat ərzində bu qədər sayda sakinin təxliyyə edilməsinin mümkün olmadığını bildirib.
Öz növbəsində, Fələstin prezidenti Mahmud Abbas İsrailin tələbini yerinə yetirməkdən imtina edib. Bundan əlavə, HƏMAS nümayəndələri qəzzalıları evlərini tərk etməməyə çağırıb.
E.ŞİRİNOV