Polşada növbəti parlament seçkiləri başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılıb.
Demək olar ki, 30 milyon polyak ölkə daxilində 31 497, xaricdə isə 417 seçki məntəqəsində səs verə biləcək.
Polşa vətəndaşları Seymə 100 senator və 460 deputat seçməlidirlər. Yuxarı palataya seçkilər birmandatlı dairələr üzrə, aşağı palataya isə proporsional sistem üzrə keçiriləcək.
Senat vəzifələrinə 360, Seymdəki yerlər üçün isə 6655 namizəd mübarizə aparır. Səsvermə bülletenində seçicilər əsasən bütün seçki dairələrində namizədlərini qeydə almış beş siyasi birliyin nümayəndələrini görəcəklər.
Dövlət seçki komissiyasını işini uzatmağa məcbur edən hallar yaranmasa, səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.
Rəsmi nəticələr oktyabrın 17-də elan olunacaq.
Bundan əvvəl Polşa ordusunun generalı Pyotr Pytel bildirmişdi ki, Polşanın hakim “Qanun və ədalət” partiyası parlament seçkilərində uduzacağı təqdirdə hakimiyyəti zorla saxlaya bilər.
E.ŞİRİNOV