Oktyabrın 14-də bəzi xəbər agentlikləri, onların ardınca isə çoxsaylı blogerlər yazmağa başladılar ki, guya İran İsrailə “ultimatum elan edib” və İsrail Müdafiə Qüvvələri (SAHAL) Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarına qarşı quru əməliyyatına başlayarsa,  İsraili “müharibə” ilə hədələyb və aydındır ki, İran bunu sensasiya, bir anlıq şöhrət qazanmaq naminə etdi.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  rusiyalı tarixçi, tanınmış qafqazşünas alim, politoloq Oleq Kuznetsov “İran İsrailə qarşı müharibəyə başlayacaqmı və bu, Cənubi Qafqaz regionu üçün nə deməkdir?” məqaləsində qeyd edib.

Politoloq məqaləsində İsraildə və Qəzza zolağında yaşayanların milli mənsubiyyətlərindən, İranın ultimatumunun arxasında yatan səbəblərdən, müharibənin hər zaman İsrail üçün qələbə ilə sonuclanmasından və bir çox məsələlərdən bəhs edib, həmçinin İranın İsrailə hücum edəcəyi təqdirdə bunun Azərbaycan üçün nə ilə nəticələnə biləcəyi barədə proqnoz da verib.

Bir gün keçdi və hər şey bir çox KİV-in ilkin məlumatlarından uzaq oldu. Mən də reallıqda nə baş verdiyini və bunun Rusiyanın Cənubi Qafqazdakı qonşularına necə təsir edəcəyini anlamaq qərarına gəldim. Birincisi, siz başa düşməlisiniz ki, son vaxtlar haqqında bu qədər çox yazılan Qəzza zolağı nədir?

Əminəm ki, bu coğrafi obyekt haqqında eşidən oxucuların 99%-nin, əslində orada nə olduğu barədə heç bir fikri yoxdur. Bu, Aralıq dənizi sahilinin nisbətən kiçik bir sahəsidir - İsrailin cənub hissəsində sahil boyunca şimaldan cənuba 80 km və qərbdən şərqə 25 km materikin dərinliklərində - üç tərəfdən yəhudi dövlətinin ərazisi ilə əhatə olunur, dördüncü tərəfdən isə dəniz suları ilə yuyulur.

Orada, 2000 kv. km-lik ərazidə bir milyondan çox ərəb yaşayır (mən onları prinsipcə fələstinli adlandırmayacağam, çünki Fələstinin rəsmi olaraq elan edilmiş dövlət və ya ərazi statusu yoxdur və formal -hüquqi baxımdan ölkə deyil).

Qəzza zolağı İordan çayının qərb sahili ilə birlikdə, yəhudi İsrail dövlətini fiziki olaraq məhv etdikdən sonra onları gələcək Ərəb Fələstin dövlətçiliyinin milli nüvəsi hesab edən ərəb administrasiyasının rəhbərliyi altında özünü idarə edən ərazilərdir.

Ərəblərdən fərqli olaraq, israillilər etnik tərkibinə görə çoxmillətli İsrail vətəndaşlarıdır”, - deyə bildirir.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN