İsrailin Hərbi Nazirlər Kabineti Qəzza zolağında quru əməliyyatının dörd əsas məqsədini, o cümlədən Fələstinin radikal HƏMAS hərəkatının tamamilə məhv edilməsini qeyd edib.
Bu barədə İsrailin KAN radiostansiyası məlumat yayıb.
"Digər məqsədlərə anklavdan terror təhlükəsinin aradan qaldırılması, girovların azad edilməsi üçün maksimum səy göstərmək, ölkə əhalisini və sərhədlərini qorumaq daxildir", - radiostansiya qeyd edir.
Bundan əvvəl İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini İbrahim Əzizi bildirib ki, İsrail Qəzza zolağında qırmızı xətləri keçəcək quru əməliyyatına başlayarsa, yeni cəbhələrin açılması ilə üzləşəcək.
Oktyabrın 7-də səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (İMQ) nümayəndələri fələstinli radikalların Qəzza zolağına raket zərbələri endirdiyini bildiriblər. Buna cavab olaraq İsrail Qəzzada hərbi əməliyyata başlayıb. Sonradan məlum oldu ki, ölkə müharibə vəziyyətinə düşüb.
E.ŞİRİNOV