Nizami Süleymanoğlu
YENİ DÜNYA MÜHARİBƏSİ HİBRİD OLDUĞU QƏDƏR HƏM DƏ TELEPATİK OLACAQ...
...Dünyanın üstünə od-atəş, müharibələr cəhənnəmdən gəlir. İnsanlar odu cəhənnəmdən özləri çəkir. İndi elə zaman kəsimidir ki, məsuliyyət ölməkdən də ağır gəlir. Ölüm təbliğ edilir. Nifrətli münasibət öldürmək kimidir. Aqressiya- şiddət, zorakılıq estetik hala gətirilir.
...Bəşəriyyət azadlığını bilməyən xarakterin daşıyıcısıdır. Uçurumsevər özəllikdədirlər. Ona kömək təşəbbüslərinə də qarşı çıxır. Ağıllı, say-seçmə adamlarını tarixən güdaza verməklə nəhayətdə özünü məhvə aparır. Zəmin, təməllər çoxdan hazırdır. Yəni, həm məhvə hazırlanıb, həm də özü-özünü hazırlayır.
Qlobal hakimiyyətin bünövrə daşları Yeni Dünya Düzənində döşənməkdə... Gerçəklərin fərqinə çoxları heç varmayacaq. Varanlara da inanmayacaqlar, hətta qınayacaqlar da... Ancaq bu çarxı, mexanizmi dəyişməyəcək. Əksinə, durum get-gedə mürəkkəbləşəcək. Dünyadakı vəziyyət və pərdəarxası hələlik bunu göstərir.
Bir yanda açıq və gizlivari səfərbərlik, digər tərəfdə panika və çoxyönlü asılılığı olan bəşəriyyət... Çeşidləmələr, seçmələr təbii ki, olacaq, ancaq bəşəriyyətin səfərbərliyinə imkanlar tanınmayacaq. Nədən? Əvvəla, oturuşmuş , məlum səfərbər edilmələr elə bəşəriyyətə qarşıdır. İkincisi də, bəşəriyyət özü səfərbərlik şüurundan uzaqdır. Onun davranış və düşüncələri izləmə və nəzarət altında qalacaq ki, hər cür yönləndirilməyə açıq olsun... Bu hadisələri, prosesi təzahür etdirmə layihəsi kimidir. Baxın, qurban bəşəriyyətin təbliğat imkanları da çox geridədir, hətta nəzarətdədir.
Bizlər dəyişikliklərdən keçməyə məhkumuq - bu fiziki dünyada, həm də qeyri-adi sınaqlarla...
İnsanları ehtiyacı olduqları şeylərdən məhrumetmə əməliyyatları artacaq.
Texnoloji vasitələrlə zehin fəaliyyətlərinin sabotajetmə, başıboşluq, cahilləşdirmə və sair halları artacaq.
Böyük məqsədlər istiqamətində planlı strategiyanın istənilən çoxçeşidli taktikləri eyni ideyaya xidmət edəcək. Doğrudan-doğruya tarix ehtiyatsızlar, tədbirsizlər üçün mərhəmətsizdir. KİMLƏR HƏYAT YAŞAYIR, KİMLƏR SADƏCƏ HƏYATDA QALMAĞA ÇALIŞIR... Budur içi insanla dolu zavallı dünya mənzərəsi.
İnsanların nələr hiss etdiklərini hiss etmək istəyi, vərdişi xeyli maraqlıdır. Bu, telepatiyanın mövzusudur. Yeri gəlmişkən: YENİ DÜNYA MÜHARİBƏSİ HİBRİD OLDUĞU QƏDƏR HƏM DƏ TELEPATİK OLACAQ...
“Yəhudilərlə ümumi cəhətim yahudiliyə sevgidir. Qınayanların qınanmasından qorxmazlar. Hər şey dünya hakimiyyəti məqsədinə nail olmaq vasitəsidir və buna çevrilməkdə davam edəcək”. (“Uzaqları yaxından görənlər”. Yəhudilər. Bakı-2015).
İnsan qəlbinin yönəltdiyi yerə getməlidir və gediləcək yeri görmək şərtdir. Sevdiyinə sevdiyini deyə bilməmək anlamında bir şey yox! Sevirsənsə, bu yetər. Sənə sevdiyinin nəyi lazımdır ki?
... Mason, ilüminat, sionist, dünya idarəçiliyi, üst ağıl, şeytani ağıl və sair adlandırılmalardan sözü yəhudi xalqının üzərinə gətirərək deyirlər “Onlar cəmi 15-20 milyondur, 8 milyardı idarə edirlər”.
Azlığa vurğumu çoxluğun içində? Bilmirəm. Hər halda, statistikadır. Ancaq həyat yalnız statistikadan ibarət deyil. Statistika kəmiyyətdir, fərqli gerçəklər isə keyfiyyət sayıla, ola bilir. Vurğulanan 15-20 milyon keyfiyyətsə, 8 milyard statistikadır, kəmiyyətdir. DAHA AĞILLI TƏRƏF AĞILLARINI İDARƏ EDƏ BİLMƏYƏN TƏRƏFİ İDARƏ ETMƏLİ DEYİLMİ?
Cahillikdən zülüm çəkir bu bəşər,
Durum yalnız oyanışla dəyişər!
...Orta Doğuda gərginliklər aktivləşdirildi. İdarə edilən xaos! Çözümsüzlük çözümmü olacaq?
Psixo - sosial durumdan necə çıxılacaq? SOSİAL ŞİZOFRENİYA ÇOXDAN DAVAM EDİR. İnsanları, xalqları asılı vəziyyətə salmaq idarə etmənin fərqli üslubudur.
GEDİŞAT TƏRƏFLƏRİN TƏRƏFLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏCƏK.
İnsanlar görünüşlərin arxasındakı gerçəkləri anlamaqda xeyli çətinlik çəkir, həssaslar istisna. Mühit dəyişəndə insanlar da dəyişməyə məcbur olur. Ən azı mühitə uyğun davranmaq tələbində olur. Davranışlar dəyişəndə ürək, beyin də dəyişə bilir.
Zaman üstüörtülü informasiyalarla, xəbərlərlə, məlumatlarla doludur. Durum bir daha anladır ki, TƏHLÜKƏLƏRƏ GÖZ YUMULANDA GÖZLƏRİ ƏBƏDİ YUMAN TƏHLÜKƏLƏR ARTIR.
Təsirə məruz qalan tərəfin dünyaca əksəriyyət olması gerçəyinin özü təsir göstərən tərəfin daha güclü olduğunu da göstərir. Əlbəttə, bəşəriyyət özünə edilən fərqli diktələrdən xoşlanmır. Bunu pandemiyada müşahidə etdik. Ancaq bunun bəşəriyyətdən soruşulmayacağı da ortada.
Bəşəriyyətə nəyisə qəbul etdirmənin min bir üsulu, metodları test edilir və ediləcək. Proses başlanıb. Əksəriyyət itirmək qorxusundan özünü çox imkan və fürsətlərdən, şanslardan məhrum hala gətirib. Onlar dərdi çəkməklə, qlobalistlər yolu getməklə məşğul olacaq. Bəşər sözü deməklə yetinir, qlobalçılar sözlərinə əməl etməklə.
Bəşəriyyət sanki lazımlı zamanın gəlməsini gözləyir. Lazımlı zaman isə gəlmir. Ancaq dünya idarəçiləri lazımı zamanı özləri yaradır, gətirir. Bu, ağalar və kölələr dünyasıdır!
Hər toplumun və idarə etmənin öz xarakterinə uyğun təsir metodları olur. ORTA DOĞU GƏRGİNLİYİ UZAQLARA GEDƏCƏK QLOBAL QORXUDUR. Fövqəladə durum fövqəladə çözümləri gərəkli edir. Bəzən ən gözəl əlac dərman olmadan yaşaya bilməklə olur.
İntiqam duyğusu ölən insan da, millət də ölüvay kimidir. Yəhudilər intiqamlarını almalı deyilmi?
TARİXƏN MİN BİR MƏHRUMİYYƏTLƏR, YURDLARINDAN DEPORTASİYALAR, MİSİLSİZ SOYQIRMLAR YAŞAYAN YƏHUDİLƏRİ YER ÜZÜNDƏN YOX OLMAQDAN XİLAS EDƏN ONLARIN BƏNZƏRSİZ QİSAS DUYĞULARI, ƏZMLƏRİ, İNTİQAM FREKANSLARI OLUB.
Böyük məsələ adi məsələyə qurban verilə bilməz. Türkiyənin dəniz gücü dünya hakimiyyətinə lazımdır. TÜRKİYƏ MÜQAVİMƏTDİR, ONU MÜQAVİMƏTSİZ HALA GƏTİRMƏKDƏN ÇOX ŞEY ASILI OLACAQ.
Bu etibarlı Türk Yəhudi əməkdaşlığından keçəcək.
Feto türk ordusunu savaşmayan hala gətirmədimi? Atatürk Orta Doğu, ərəb bataqlığına işarə etmişdir... Düşünüldüyündən daha təhlükəli durumdadır Türkiyə. Henri Kissincer nə buyurmuşdu: “Türkiyə türklərə buraxılmayacaq qədər önəmli ölkədir”.
QLOBALLAŞMANIN VAZ KEÇİLMƏZ PRİNSİPLƏRİNDƏN BİRİ FƏLAKƏT HƏLƏ GƏLMƏDƏN FƏLAKƏT ACISINI YAŞATMAQDIR.
Dünyada zülm o qədər artacaq ki, axırda zülm bəşəriyyətin hədəfinə çevrilə bilər. Əsas mətləb isə dünya əksəriyyətinin bu intiqam duyğusunu yaranmazdan əvvəl önlənilməsində, parçalanmasında və fərqli istiqamətlərə yönləndirilməsində olacaq. Həyat yolunu dəyişmək məcburiyyəti kədərdən deyil, kədərin üstündə qədərdən olur. Hər şey şərtə bağlanır. Dəyişmədikcə dəyişməyəcəksən. Qatıra kitab yüklənsə, nə xeyri, qatıra yük olur.
ALÇALMAQ VƏRDİŞİNİ TƏRGİTMƏK ÇƏTİNDİR ALÇALANLARA! Ancaq qorxu öyrədilə bilirsə, alçalmaq vərdişini tərgitmək də öyrədilə bilər. İstək şərt ola!
TƏLƏ DAVAM EDİR HƏLƏ!
Allah cahil toplumlara yardım etməz.
İNSANLIQ FACİƏLƏR YAŞAYIRSA, BÜTÜN İNSANLIQ BU FACİƏLƏRİN AĞRILARINI YAŞAMIRSA, REAKSİYA VERMİRSƏ, BU HAL HƏMİN FACİƏLƏRDƏN DAHA FACİƏLİ PROBLEMDİR. Çünki daha böyük faciələr yarada bilən potensial gücdə, yükdə olur. Bu hal mənəviyyatın aşınması ilə əlaqəli və müalicə tələb edən dünya miqyaslı psixoloji xəstəlik durumudur. Varlıq-yoxluq kodları mövcuddur.
OLANLN QƏDRİ BİLİNMƏYƏNDƏ OLAN YOX OLUR.
Bir dollarlıq əskinazın üzərindəki yazıdan sitat: “ÇOXLUQ ÜZƏRİNDƏ BİRLİK”
Heç kəsin işinə qarışmağı xoşlamıram, sadəcə, qarışıq düşünürəm.
ƏSASDIR YIXILAN DURMAĞI BİLƏ,
ÇAĞIRA KÖMƏYƏ ALLAHI GƏLƏ.
Sevgilərlə qalın!