Qəzza zolağında quru əməliyyatının keçirilməsi məsələsi hələlik yekun həllini tapmayıb. Bu açıqlama ilə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi çıxış edib.

İsrail ordusunun sözçüsü bildirib ki, İsrail ordusu Qəzza zolağında radikal HƏMAS qruplaşmasını məhv etmək məqsədi daşıyan quru əməliyyatının həyata keçirilib-keçirilməyəcəyini hələ dəqiq bilmir.

Riçard Hehtin sözlərinə görə, İsrail şübhəsiz ki, Fələstinlə müharibənin sonrakı mərhələlərinə hazırlaşır.  Lakin onların hansı formatda olacağı hələ ki, açıqlanmayıb.

Bu barədə Reuters xəbər yayıb.

“Hamı quru əməliyyatından danışır, amma bu başqa bir şey ola bilər”- Riçard Heht vurğulayıb.

Xarici hərbçilərin hərbi əməliyyatlarda iştirakının mümkünlüyünü şərh edən ordu sözçüsü ABŞ və ya Britaniya vətəndaşlarının “qan tökmək” istəyinə şübhə ilə yanaşdığını bildirib.

Xatırladaq ki, HƏMAS qruplaşmasının oktyabrın 7-də İsraili raket atəşinə tutub. Həmin gündən İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlər arasında müxtəlif ölkələrin, o cümlədən 8 nəfər Azərbaycan vətəndaşı da var.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN