İran İsrail və Fələstin radikalları HƏMAS arasında qarşıdurmanın yeni oyunçular cəlb edə biləcəyi ehtimalını istisna etməyib.

“Biz Qəzzada dinc sakinlərə qarşı geniş və şiddətli hücumların davam etməsindən son dərəcə narahatıq.Bu barbar davranış qəbuledilməzdir və digər ölkələrin hökumətləri də  buna müvafiq reaksiya verməlidir”, deyə – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyan edib.

Xatırladaq ki, cümə axşamı Böyük Britaniyanın baş naziri İsrailə rəsmi səfərə gəlibi. Ötən gün isə ABŞ prezidenti Co Bayden İsrailə səfər etmişdi.

Xəbər verdiyimiz kimi, ABŞ və Britaniya liderləri Fələstin radikalları olan HƏMAS-a qarşı mübarizədə İsraili dəstəklədiklərini bildiriblər.

 Qeyd edək ki, iki gün öncə Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən raket hücumunda 500-dən çox adamın həlak olduğu bildirilib.

Fələstin tərəfi hadisədə İsrail Hərbi Hava Qüvvələrini günahlandırıb. Lakin İsrail tərəfi bu ittihamları rədd edib.

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həqari brifinqdə  “Kəşfiyyat məlumatlarımıza görə, HƏMAS hesabatları yoxlayıb, bunun “İslami Cihad” raketi olduğunu anlayıb və həqiqətən baş verənləri ört-basdır etmək üçün qlobal media kampaniyası başlatmağa qərar verdi. Onlar qurbanların sayını artırmağa qədər gediblər",- deyib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN