Ordunun mətbuat xidməti bu gün, oktyabrın 20-də bildirib ki, İsrail qırıcıları gecə ərzində Qəzza zolağında HƏMAS-ın yüzdən çox hərbi obyektini vurub.

“Gecə ərzində İMQ döyüşçüləri HƏMAS-ın yüzdən çox terrorçu hədəfinə, o cümlədən yeraltı tunel, silah anbarları və onlarla əməliyyat komandanlıq mərkəzlərinə zərbələr endirib”, - mətbuat xidməti qeyd edib.

Bundan əvvəl İsrailin təhlükəsizlik məsələləri üzrə Nazirlər Kabinetinin üzvü, ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barakat bildirib ki, hökumət İsrail ordusuna Qəzza zolağında hərbi əməliyyat keçirməyə icazə verib.

Onun sözlərinə görə, hərbçilər bu əməliyyatın uzun müddət çəkə biləcəyinə hazırdırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN