Bəhreynin paytaxtı Manamada nümayişçilər İsrail səfirliyinin binasını yandırıblar.

Bu barədə “Maariv” qəzeti məlumat yayıb.

Məlumata görə, oktyabrın 20-nə keçən gecə İsrailin Qəzza zolağında hərəkətlərinə etiraz edən bir qrup etirazçı məşəllərlə diplomatik missiyanın binasına yaxınlaşıb, daha sonra məşəlləri səfirlik istiqamətinə atıblar.

Nəşr qeyd edir ki, yanğın zamanı missiyanın binasında bir nəfər də olsun işçi olmayıb.

Oktyabrın 18-də “Yedioth Ahronoth” qəzeti Qəzza zolağında baş verən hadisələrin səbəb olduğu nümayişlərə görə İsrailin Misir və Mərakeşdəki diplomatik nümayəndəliklərini boşaltmaq məcburiyyətində qaldığını bildirib. Oktyabrın 19-da Kan dövlət televiziya və radio şirkəti İsrail Xarici İşlər Nazirliyinin Bəhreyn də daxil olmaqla Yaxın Şərqdəki bütün ofislərini boşaltmaq qərarına gəldiyini bildirib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN