HƏMAS Qəzzada xəstəxanaya raket hücumuna dair sübut təqdim etməyib.
Amerikanın “The New York Times” nəşri bildirib ki, HƏMAS qruplaşması Qəzzada xəstəxanaya raket zərbəsi endirilməsi ilə bağlı maddi sübut təqdim etməyib.
Təşkilat üzvlərinin özləri Qəzzada xəstəxanaya düşən raketin “suda duz kimi əridiyini” deyirlər.
“O yoxa çıxdı. Heç nə qalmadı", - HƏMAS sözçüsü Qazi Həməd bildirib.
Eyni zamanda, HƏMAS-ın tibb xidmətinin rəhbəri Salama Maarouf NYT əməkdaşlarını mövcud dəlillərə əsaslanaraq araşdırma aparmaq üçün Qəzzaya gəlməyə dəvət edib.
O, qruplaşmanın “insanlarımızı öldürən” raket parçalarını verməyəcəyini də vurğulayıb...
Xatırladaq ki, bir həftə öncə Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən raket hücumunda 500-dən çox adamın həlak olduğu bildirilib.
Fələstin tərəfi hadisədə İsrail Hərbi Hava Qüvvələrini günahlandırıb. Lakin İsrail tərəfi bu ittihamları rədd edib.
İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həqari brifinqdə “Kəşfiyyat məlumatlarımıza görə, HƏMAS hesabatları yoxlayıb, bunun “İslami Cihad” raketi olduğunu anlayıb və həqiqətən baş verənləri ört-basdır etmək üçün qlobal media kampaniyası başlatmağa qərar verdi. Onlar qurbanların sayını artırmağa qədər gediblər",- deyib.
Qeyd edək ki, Qəzzadakı xəstəxana dağıdıldıqdan sonra bir çox ölkələrdə İsrail əleyhinə nümayişlər keçirilməyə başlayıb.
JASMİN