Qəzzadan yaraqlıların hücumu başladığı 7 oktyabrdan bəri İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 860 fələstinlini, o cümlədən zolağı idarə edən radikal HƏMAS hərəkatının 514 fəalını saxlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hərbi əməliyyatların başlanmasından bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 860 nəfər saxlanılıb, onlardan 514-ü HƏMAS terror təşkilatı ilə əlaqəsi var", - bəyanatda deyilir.
E.ŞİRİNOV