Karaqandadakı “Arcelormittal Temirtau” şirkətinin Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 45-ə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Xəbər-24” telekanalı Fövqəladə Xilasetmə Xidmətləri Respublika Qərargahının filial direktorunun müavini Gennadi Silinskiyə istinadən məlumat yayıb.
Bundan əvvəl fövqəladə vəziyyət və 4 şaxtaçının axtarışları nəticəsində 42 nəfərin öldüyü barədə məlumat daxil olub.
Daha sonra Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti bu məlumatı təsdiqləyib.
“Saat 20:00-a olan məlumata görə, ölən 45 şaxtaçının cəsədi tapılıb, 1 şaxtaçının axtarışları davam etdirilir”, - məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda bir-birindən təxminən 6 km aralıda yerləşən iki mədən ərazisində axtarış işləri aparılır. Nazirlikdən bildirilib ki, görünən yanma mənbələri yoxdur, qazla bağlı vəziyyət normaldır.
E.ŞİRİNOV