İsrail Fələstin hərəkatının real potensialına təkəbbürlə məhəl qoymadan HƏMAS haqqında kəşfiyyat məlumatı toplamaqda uğursuzluğa düçar oldu.
Bu barədə “New York Times” məlumat yayıb.
“Yaxın Şərqin ən güclü hərbi qüvvəsi nəinki hücumun miqyasını tamamilə qiymətləndirmədi, həm də kəşfiyyat məlumatlarının toplanması səylərində, əsasən təkəbbür və HƏMAS-ın məhdudlaşdırılmış bir təhlükə olduğuna dair yanlış fərziyyə səbəbindən tamamilə uğursuz oldu", - Qərb, İsrail və Ərəb qurumlarının nümayəndələri ilə onlarla müsahibəni təhlil edən nəşr qeyd edib.
Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində çıxışı zamanı dəstəklədiyi ABŞ və İsrailin ədalətə qarşı olduqları üçün məğlubiyyətə məhkum olduqlarını bildirmişdi.
E.ŞİRİNOV