Turistlər Dağıstana səfərlərdən imtina etməyə başlayıblar, respublikanın əvvəlki imicini qaytarmağa zaman lazım olacaq...

Dağıstan Turizm Sənayesi Assosiasiyasının rəhbəri Səədula Ömərov Mahaçqala hava limanında baş verən iğtişaşlar və onların respublikada turizmin inkişafına təsirindən danışıb.

 Onun sözlərinə görə, baş verən iğtişaşlar turistlərin Şimali Qafqaz regionunda istirahət etməkdən kütləvi şəkildə imtina etməsinə səbəb olub. O, xatırladıb ki, turizm bazarı bu cür hadisələrə həmişə təsir edir.

 “Təhlükəsiz respublikanın imicini bərpa etmək bizə çox vaxt apardı və bir neçə belə hal bütöv bir regiona son qoya bilər”, -deyə Səədula Ömərov bildirib.

 Assosiasiyanın rəhbəri vurğulayıb ki, qırğınlara görə insanlar Mahaçkalaya deyil, Qroznı hava limanına gedəsi olublar.

Xatirladaq ki, ötən gün Dağıstanda bir qrup insan Mahaçqala hava limanına basqın edərək yəhudilərin ölkədən qovulmasını tələb ediblər.

Daha sonra onlar Təl-Əvivdən gələn təyyarənin buraxılmamasını israr edərək, eyni zamanda, aeroportun içində İsraildən gələn “yəhudi ovu”na çıxıblar. Bu dəhşətli “axtarışda” polis və mülki şəxslər də daxil olmaqla 20 nəfərdən çox insan xəsarət alıb. Onlardan 10 nəfəri xəstəxanalıq olub, 2 nəfərinin vəziyyəti isə çox ağırdır...

 Baş verənlərdən sonra İsrail Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası öz vətəndaşlarını Şimali Qafqaza səfərlərdən çəkinməyə çağırıb və həmin bölgəni "qara siyahı"sına daxil edib.

İsrailin “qara siyahı”sına regionun bütün bölgələri, o cümlədən Stavropol və Krasnodar diyarları da daxil edilib.

JASMİN

.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN