Misir hakimiyyəti hazırda Fələstin anklavında qapalı vəziyyətdə olan 7 minə yaxın xarici vətəndaşın təxliyəsinə kömək etməyə hazırlaşır.
Bu barədə Tezadlar.az Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.
Qeyd olunur ki, vətəndaşları təxliyə edilməli olan 60-dan çox ölkənin nümayəndəlikləri onlara Misirə daxil olmaq üçün lazım olan sənədləri təqdim etməli, habelə onların vətənlərinə sürətlə getməsinə şərait yaratmalıdır.
Daha əvvəl bildirilmişdi ki, Misir Xarici İşlər Nazirliyi xarici səfirliklərin öz həmvətənlərini daha da təxliyə etmək öhdəliyi altında ikili vətəndaşlığı olanlar üçün tranzit vizalarını təsdiq edəcək.
Çərşənbə günü 361 nəfər mühasirədə olan Fələstin anklavını Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə tərk edə bildi və az sayda ən ağır yaralı fələstinli də təxliyə edildi.
E.ŞİRİNOV