Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsi ilə bağlı hələlik heç bir irəliləyiş yoxdur.
Bu barədə Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi Aliyə Zaripova məlumat verib.
“Hələlik hər şey əvvəlki kimidir” deyən Zaripova müvafiq suala cavab verib: “Qəzza zolağında vəziyyət çətindir”.
Daha əvvəl Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi bildirmişdi ki, Qəzza zolağından təxliyə olunmaq üçün Rusiya siyahısında 900-dən çox adam var ki, onlardan 500-dən çoxu ruslardır.
E.ŞİRİNOV