Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərmdən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə yə ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Prezident İlham Əliyev 17 noyabr 2009-cu ildə hər il 9 noyabrın Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunması haqqında sərəncam imzalayıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

Bayrağımız bizim qürür mənbəyimizdir. 44 günlük müharibə dövründə və bu ilki anti-terror əməliyyatları zamanı düşmənə qan udduran igid oğullarımız vətən torpaqlarımızı azad edərkən, canlarından keçərkən, şəhid olarkən tabutları məhz, bayrağımızla bəzədildi. İşğaldan azad olunan bütün torpaqlarımıza əsgərlərimiz, ilk növbədə 3 rəngli bayrağımızı sancaraq, qələbəmizi dünyaya sübut etdilər. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Dövlət bayrağı günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Cəsarət Qasımov,

Beyləqan rayon 1 saylı notariat ofisinin  xüsusi notariusu

 cesaret-qasimov

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN