Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin 2013-cü ildə kimyəvi silahdan istifadə etmək ittihamı ilə həbsinə order verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) - Fransanın xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə dörd həbs qərarı çıxarılıb. Suriya lideri ilə yanaşı, Suriya Respublika Qvardiyasının (Suriya hakimiyyətini qorumaq üçün nəzərdə tutulmuş elit hərbi birləşmə) komandiri olan qardaşı Maher Əsədə və adları agentlik olan daha iki generala qarşı ittihamlar irəli sürülüb.

Dördü də insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunub.

Dəməşq hələlik Əsədə qarşı həbs qərarına münasibət bildirməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN