Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ-ın hazırkı prezidenti Co Baydenin məğlubiyyətindən sonra Kiyevdə hakimiyyətin dəyişəcəyini proqnozlaşdırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə keçmiş baş nazir Facebook-da yazıb.
“ABŞ-da administrasiya dəyişərsə, məsələn, respublika administrasiyası gələcək və çox güman ki, Kiyevdə rejim dəyişikliyi olacaq”, - deyə keçmiş hökumət başçısı qeyd edir.
Azarovun qeyd edib ki, Bayden administrasiyası Vladimir Zelenskiyə arxalanıb və onun gedişi də Amerika hakimiyyəti üçün məğlubiyyət olacaq və “onu qucaqlayan, öpən və şəkil çəkdirən bütün digər siyasi xadimlər alqışlarla qarşılandı”.
Eyni zamanda o, Qərbin Zelenskinin yerini tuta biləcək namizədlərin ola biləcəyini iddia edir. Keçmiş baş nazir xatırladıb ki, Ukrayna prezidenti Viktor Yuşşenkonun seçki kampaniyası zamanı ABŞ onun arxasında daha bir neçə namizəd hazırlayırdı.
Azarov bundan əvvəl belə bir fikir bildirmişdi ki, danonsasiya və yoxlamalar nəticəsində Ukrayna 1937-ci ilə qədəm qoyur. Azarovun sözlərinə görə, bu yolla ukraynalıları daim qorxu və inamsızlıq içində yaşamağa inandırırlar.
E.ŞİRİNOV